Bakıda bu yollar bağlanır - Avtobusların hərəkət istiqaməti dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti-Azneft dairəsi-“28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı-“28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.
Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər Paradı”-nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik. Həmçinin tövsiyə edirik ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə etməyəsiniz.
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...