Bakıda bu yaşayış binasının liftləri dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 55A ünvanında yerləşən "Çarbağ" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərinin fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün "Çarbağ" MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...