Bakıda bu şəxslərə tikinti ilə əlaqədar hər ay PUL VERİLƏCƏK

Bakıda bu şəxslərə tikinti ilə əlaqədar hər ay PUL VERİLƏCƏK
Açıqlama
Sosial 122

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Tomris küçəsində yaşayan sakinlərə kirayə haqqı veriləcək.

BAKU.WS-in məlumatına görə, buna səbəb bir neçə gün əvvəl həmin ərazidə kanalizasiya kollektorunun çökməsi nəticəsində kollektor üzərində tikilmiş yaşayış evlərinə ciddi ziyan dəyməsidir.

Hadisə zamanı bəzi evlər uçma təhlükəsi ilə qarşı-qarşıya qalıb. Hazırda ərazidə köhnə infrastrukturun yenilənməsi istiqamətində işlər aparılır, yeni kanalizasiya xətti çəkilir.

Binəqədi Rayon İcra Hakimiyyətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən evlər uzun illər əvvəl tikilib:

"Əlavə məlumat üçün bildiririk ki, Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.

Bundan əlavə bildirmək istərdik ki, kollektor çəkilən müddət ərzində orada yaşayan vətəndaşlara müvəqqəti olaraq dövlət tərəfindən kirayə haqqı ödəniləcəkdir".

Orxan Hüseyn

Son xəbərlər