Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Baş Səhiyyə Mərkəzi paytaxtda yerləşən tibb müəssisələrinin şəraitinin yaxşılaşdırılması məqsədilə cari təmir işlərinin satın alınması üçün müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, tenderin ümumi dəyəri 822 229,90 manat təşkil edir.
Layihə çərçivəsində 9 və 12 nömrəli şəhər poliklinikalarında müxtəlif infrastruktur yeniləmələri aparılacaq.
Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzi son illərdə tabeliyindəki poliklinika və xəstəxanalarda infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirir. Bu təmir proqramı da vətəndaşların daha rahat və təhlükəsiz tibbi xidmət almasına şərait yaratmağı hədəfləyir.
Oxşar xəbərlər
Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək
Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satına...