Bakıda bu marşrut üzrə bütün avtobuslar sabahdan yenilənəcək
Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, iyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan "King Long" markalı avtobus sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin sentyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.
Oxşar xəbərlər
Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: "Valideynləri həyat yoldaşımı apardılar"
Biləsuvar rayon sakini 30 yaşlı Fuad Şahbazlı aidiyyəti qurumlardan kömək istəyir. Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, hərbi x...