Bakıda bu küçələrdə dəyişiklik edilir - ÜNVANLAR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.
BAKU.WS xəbər verir ki, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçələri və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilir.
Pilot layihə əsasında uzunluğu 450 m olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla, 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək.
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...