Bakıda bu ərazilərdə işıq olmayacaq
Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Xaricə gedənlərin DİQQƏTİNƏ: Səyahət sığortanız ən lazım olan anda işə yaramaya bilər
"Keçən ay xaricdə səfərdə olan zaman başımıza bir hadisə gəldi, amma sığorta xərcləri qarşılamadı. Biz səyahət sığortası etdirəndə məlumat vermişdilər ki, s...