Bakıda böyük tıxac - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bir çox küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.
Məlumata görə, sıxlıq olan küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr var.
Qeyd edək ki, hazırda Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şossesi Azadlıq prospekti istiqamətində, Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şossesi şəhər istiqamətində, Zabrat şossesi H.Əliyev prospekti istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaşanır.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ: Bakının əksər küçə və prospektlərində tıxac yaranıb - FOTO
Axşam pik saatı olduğundan Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub...