Bakıda bir neçə magistral yolda sürət həddi endirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda paytaxtın bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə edilir. Hərəkət təhlükəsizliyi nəzərə alınaraq Zığ dairəsi-Hava limanı və Hava limanı-Bilgəh yollarında zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
"Sürücülərə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik. Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir.
Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakının əsas magistrallarında sürət həddi endirildi
Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat ve...