Bakıda bir küçədə hərəkət məhdudlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan Bakının Yasamal rayonunun keçmiş “Sovetski” kimi tanınan ərazisindəki Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
"Məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Paytaxtın əksər küçə və prospektlərində tıxac var
Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər v...