Bakıda bir ay ərzində 20 sürücü saxlanılıb, 5-i həbs olunub

Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.
Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Xalq artisti Sərdar Fərəcovun ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlum...
