Bakıda binanın həyəti parklanma zonasına çevrildi
 
                            Bakıda binanın həyətinin qanunsuz olaraq parklanma zonasına çevirildiyi iddia edilir.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakının Xətai rayonu, Lüti Zadə küçəsində yerləşən binanın sakinləri iddia edirlər ki, yaşadıqları binanın komendantı həyətdə qanunsuz parklanma yaradıb. Avtomobillərin çoxluğu həm həyətdə təhlükəli vəziyyət yaradır, həm də onlar istirahət edə bilmirlər.
Yüzlərlə sakinin yaşadığı çoxmərtəbəli binaların qarajı olmadığında avtomobillər pərakəndə şəkildə park edilir. Bu azmış kimi, həyəti iri daşlarla bir neçə yerə bölərək avtomobillər üçün park yeri də düzəldiblər.
"Şaiq" MTK-nın rəsmisi Nəsimi Məmiyev isə bildirdi ki, daşı həyətə onlar düzüblər. Binanın qarajı əvvəlcədən olmayıb. Sonradan MTK obyekt üçün tikdiyi zirzəmiləri sakinlərə icarəyə verib, amma zirzəmilərin həcmi kiçikdir və sakinlər orada avtomobillərini park edə bilmirlər.
MTK nümayəndəsi tezliklə həyətdə sakinlərin istirahəti üçün müvafiq şəraitin yaradılacağına söz verib.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir. BAKU.WS xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq qurumdan bildirilib. Qey...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
                             
                     
                     
                     
                    