Bakıda baxılması üçün dayəyə müvəqqəti verilən azyaşlı ilə bağlı YENİ XƏBƏR

Bakıda baxılması üçün dayəyə müvəqqəti verilən azyaşlı ilə bağlı YENİ XƏBƏR
Sosial 279

"Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb".

Bunu BAKU.WS-ə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

O əlavə edib ki, Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib: "Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var.

Nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır.

Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...

5778 Sosial 15:54 12 dekabr 2018

Son xəbərlər