Bakıda baldız böyrəyini gəlinlərinə bağışladı
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika Diaqnostika Mərkəzinə (RDM) müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb.
Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub:
"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ senasları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı".
Oxşar xəbərlər
Azərbaycanda ölülər canlıları xilas edəcək (ARAŞDIRMA)
Ölüm - canlı orqanizmin həyat fəaliyyətinin dayanmasıdır. Amma elm o dərəcə də inkişaf edib ki, indi biz ölümümüzdən sonra bir neçə insana həyat verə bilərik. C...