Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir?

Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir?
Video
Sosial 12

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən "Pearls Kids" uşaq bağçasının damında qanunsuz tikinti aparıldığı iddia edilir.

Bu azmış kimi, bağçanın ətrafında heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi bildirilir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, tikintinin qanunsuz olması ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilib.

Məlum olub ki, burada tikinti işləri aparılsa da, uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görülməyib.

Özünü bağçanın direktoru kimi təqdim edən Aynur adlı xanım burada aparılan işlərin tam qanuni olduğunu bildirsə də, rəsmi sənəd təqdim etməyib.

Uşaqların təhlükəsizliyi məsələsinə gəlincə, o, körpələrin oyun saatlarında tikintinin dayandırıldığını bildirib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, icra hakimiyyəti tərəfindən bağça rəhbərliyinə tikinti işlərinin dayandırılması tövsiyə olunub. Həmçinin bununla əlaqədar aidiyyəti dövlət qurumlarına da məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər