Bakıda aylıq normadan çox yağıntı düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Yağıntıların qeyri-bərabər paylanması uzun çəkən az yağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev BAKU.WS-ə bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşdı, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb. Bu da son 21 il ərzində ən yüksək göstəricidir:
"Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".
Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib vəbu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.
Oxşar xəbərlər
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayına olan hava proqnozu açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib. Qeyd olunub ki, qışla yaz arasında keçid dövrü o...