Bakıda 65 nömrəli avtobus sərnişinləri təngə gətirib - Bu dayanacaqda saxlamırlar

Bakıda 65 nömrəli avtobus sərnişinləri təngə gətirib - Bu dayanacaqda saxlamırlar
Video
Sosial 152

Daşıyıcı şirkət narazılıq yaradan 65 nömrəli marşrut avtobusu ilə bağlı BAKU.WS-ə açıqlama verib.

Açıqlamada deyilir: "Görüntüdəki dayanacaq 65 saylı müntəzəm marşrut xəttinin dayanacağı deyil. Belə ki, 65 saylı xətt üzrə avtobuslar Azərbaycan prospekti ilə hərəkət edərək Füzuli küçəsindən sola dönməklə Nizami metrostansiyası istiqamətinə hərəkət edir".

AYNA-dan BAKU.WS-ə verilən məlumata görə, 65 nömrəli müntəzəm avtobus marşrutunun dayanacaqlarından biri Şəmsi Bədəlbəyli küçəsində yerləşir. 65 nömrəli marşrutun daşıyıcısına sərnişindaşıma qaydalarına riayət edərək səlahiyyətində olan avtobusların qeyd edilən dayanacaqda saxlamaları ilə bağlı xəbərdarlıq edilib.

***11.22

Bakıda 65 nömrəli avtobuslar dayanacaqlardan birində sərnişinləri götürməkdən imtina edir.

BAKU.WS-in məlumatına görə, bunu yerli sakinlərdən biri müəyyənləşdirib.

Belə ki, sürücülər səhər saatlarında Şəmsi Bədərbəyli küçəsində yerləşən dayanacaqda 65 nömrəli avtobusları saxlamırlar.

Sərnişin sürücüdən bunun səbəbini soruşsa da, o, cavab verməkdə çətinlik çəkib.

Son xəbərlər