Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
Sosial 1308
Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir: "Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək.Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək".

Son xəbərlər