Bakıda 4 gün bu yollar bağlanacaq

17
okt
2019
11:26
Aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.
Oxşar xəbərlər
Sərnişinlərin nəzərinə- Bu 3 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏRİTƏ
Oktyabrın 13-ü axşamdan etibarən Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində apa...
