Sərnişinlərin nəzərinə- Bu 3 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏRİTƏ

12
okt
2019
14:00
Oktyabrın 13-ü axşamdan etibarən Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib ki, buna görə də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu yollar bağlanacaq - Tarix açıqlandı - XƏRİTƏ
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən 3 küçədə yol bağlanacaq.Bu barədə “Azərbaycan Avtomobil Yolları”...
