Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyulun 5-7-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.
Oxşar xəbərlər
Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR
Azərbaycanda müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən tibbi müayinəyə cəlb olunması yalnız müəyyən hallarda mümkündür. Belə şəxslər hər il və ya müəyyə...