Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb - FAKTİKİ HAVA

Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumata əsasən, Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.
Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.
Oxşar xəbərlər
Bəzi çaylarda sululuq artıb - FAKTİKİ HAVA - YENİLƏNİB
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabi...
