Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar

Bakıda 16 mərtəbəli binada TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar
Video
Sosial 7

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzil iki hissəyə bölünüb.

Bunun üçün binanın daşıyıcı divarı dağıdılaraq əlavə qapı açılıb.

Eyni zamanda mənzilin daxilində də daşıyıcı divara müdaxilə edilib. Daşıyıcı divara müdaxilə olunması isə binanın təhlükəsizliyi baxımından ciddi risk yarada bilər.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə MTK rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, şikayətinə baxılmayıb.

O həmçinin bildirir ki, oxşar hal daha 10 mənzildə də qeydə alınıb.

"Üçüncü mərtəbədə lift meydançasında cəmi dörd mənzil var idi. Bu qapı açılıb, beşinci qapı kimi mənzil iki yerə bölünüb. Bu divar beton konstruksiyadır. Birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bütöv bir daşıyıcı divardır. Divar sındırılıb və buradan əlavə qapı açılıb. Gördüyünüz kimi, qapı da düz rigelin açılıb altından. Bura isə ən təhlükəli yerdir. Rigel birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bu divarla birlikdə binanı saxlayır. Bu bina artıq altı ilə yaxındır ki, Dövlət Komissiyasına təhvil verilib. Lakin "Baku Group" MTK öz öhdəliklərini yerinə yetirmir. Həyətə baxın, bütün maşınlar buradadır. Çünki qarajda şərait yoxdur. Hər dəfə yağış yağandan sonra orada təxminən 20 santimetrə qədər su qalxır", - şikayətçi deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər