Bakıda 130 ədəd qanunsuz ovlanan nərə balığı aşkarlanıb
Su polisi qanunsuz olaraq ovlanmış nərə balıqlarının satışını təşkil edən şəxsi müəyyən edib.
BAKU.WS-in məlumatına görə, DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi ilə bağlı mübarizə tədbirləri davam etdirilir.
Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Sabunçu rayonu ərazisində qanunsuz olaraq ovlanan balıqların satışını təşkil edən R.Əliyev müəyyən edilərək saxlanılıb.
Həmin şəxsdən 130 ədəd qanunsuz ovlanan nərə, bölgə və digər cinsdən olan balıqlar aşkar olunub. R.Əliyev barəsində prossesual qanunvericiliyə uyğun tədbir görülüb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı - RƏSMİ
Səhiyyə sistemi hər bir ölkənin sosial inkişaf səviyyəsini müəyyən edən əsas sütunlardan biridir. BAKU.WS-in məlumatına görə, bu sistemin mərkəzində dayanan hə...