Bakıda 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirildi - SƏBƏB

Bu gün saat 12:00-dan Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırma sabah stadionda keçiriləcək "Qarabağ" - "Şkendiya" oyunu ilə əlaqədardır.
Məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.
Oxşar xəbərlər
Yeni salınan yol çöküb? - İDDİA
Bakı şəhəri, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yeni çəkilən yolda çökmələrin olduğu iddia edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki...
