Bakı Zooparkında şir balası dünyaya gəldi - FOTO

Bakı Zooparkında şir balası dünyaya gəldi - FOTO
Foto
Sosial 514

Bakı Zooparkında şir balası dünyaya gəlib.

BAKU.WS xəbər verir ki, şirin anası təcrübəsiz olduğundan və balasına baxa bilmədiyindən yeni doğulan şir balası ayrı yerdə saxlanılır.

Hazırda xüsusi təchiz edilmiş isti otaqda yerləşdirilən, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılan şir balası daha sonra ailəsinə qovuşacaq.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkdakı şirlərin sayı beşə çatıb.

Onun dünyaya gəlməsi xüsusi hadisədir, çünki tarixi areallarının 94%-ni itirən Afrika şirləri nəsli kəsilməyə həssas növ hesab olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər