Bakı Zooloji Parkında su samurunun ad günü - Tort hazırlandı - FOTO

Bakı Zooloji Parkında su samurunun ad günü - Tort hazırlandı - FOTO
Foto
Sosial 306

Bakı Zooloji Parkında çay samurunun ad günü qeyd olunub və ona tort hazırlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu sevimli heyvan həmişə gülümsəyir və bütün ziyarətçilərin diqqətini özünə çəkir. Onun üçün xüsusi bir hədiyyə - dondurulmuş tort hazırlamaq qərarına gəldik. Qayğıkeş işçilərdən ibarət xüsusi komanda çay samuruna ləzzətli balıq delikateslərindən dondurulmuş tort hazırladılar.

Çoxdan gözlənilən an yetişəndə biz dondurulmuş tort ilə çay samurunun ərazisinə yaxınlaşdıq. O, sevinclə tortun ətrafında fırlanmağa başladı. Bu xüsusi ad günü həm ziyarətçilər, həm də çay samuru üçün xüsusi idi, insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərirdi”, - deyə paylaşımda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər