Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində sevindirici və mühüm bir hadisə qeydə alınıb.
BAKU.WS xəbər verir ki, nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin iki balası doğulub.
Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur.
Təbii arealı, əsasən, Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı siyahı"sına və Rusiya Federasiyasının "Qırmızı kitabı"na daxil edilib.
Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Parkın əsas məqsədi Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş, sayı azalan və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub-saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır.
Belə ki, Azərbaycanın "Qırmızı kitabı"na daxil olan nəcib maral və ceyranların, eləcə də Dağıstan turu və Hindistan tirəndazının Zooloji Parkın ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılıb.
Qalereya
Oxşar xəbərlər
"Hər gün qorxa-qorxa keçirik" - Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR
Göygöl rayonunda beş kəndi rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Güclü yağışlar və sel suları nəticəsində kör...