Bakı-Xırdalan-Sumqayıt qatarı bu tarixdən işləyəcək - ÖZƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Xırdalan-Sumqayıt qatarının nə vaxt fəaliyyətini bərpa edəcəyi ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub.
BAKU.WS müraciətlərə cavab tapmaq üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlayıb.
Qurumun Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülərək yenisi ilə əvəzlənib:
"Bildiyiniz kimi, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Ona görə də köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi qərara alınmışdı.
Hazırda kontakt şəbəkədə dəyişən cərəyana keçidlə bağlı rekonstruksiya işləri gedir. Həmin işlərin yanvarın 20-dək yekunlaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, avqustun 10-dan etibarən Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılmışdı. Dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi isə Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar aparılmağa başlamışdı.
Körpünün tikinti işlərini aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işlərinin 3 ay davam edəcəyi bildirilmişdi.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığında son vəziyyət - FOTO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start...