Bakı-Sumqayıt sürət qatarı niyə 90-la gedir?

Dəmir yollarında beynəlxalq sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu "sürət qatarı", 90 km/saatdan yuxarı olduqda isə "sürətli sərnişin qatarı" hesab olunur.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri BAKU.WS-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkəmizdə istifadə olunan, İsveçrənin "Stadler" şirkətinə məxsus müasir qatarların maksimum sürəti 160 km/saat-dır. Bu sürət xüsusilə Bakı-Gəncə, Bakı-Qəbələ və digər rayonlararası marşrutlarda tam olmasa da, 140 km/saatadək icazə verilən maksimum həddə yaxınlaşır.
"Abşeron dairəvi üzrə nisbətən az sürət həddinin müəyyənləşdirilməsi təhlükəsizliyə hesablanıb, bu marşrut üzrə xətlərin əhalinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçməsi, bəzi yerlərdə yaşayış evlərinin dəmir yollarının yaxınlığında yerləşməsi və bu marşrut üzrə stansiyalar arasında məsafənin qısa olması ilə əlaqədardır", - deyə ADY rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Skuterdən istifadə edənlərin nəzərinə: Kartınızdan pul tutula bilər
Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb. BAKU.WS xəbər verir ki, "Jet" adlı şirkətə məxsus olan skuterlə...