Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İdarədən bildirilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı və baş məsləhətçi vəzifələrində, Kənan Hüseynov isə MÜTDA-nın Maliyyə və təchizat şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

Oxşar xəbərlər
Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "85 min dollarımı qaytarmır, deyir, ucuz satmışıq"
"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyamıza növbəti şikayət daxil olub. BAKU.WS xəbər verir ki, Oxu.Az-a danışan şikayə...