Bakı sakinləri üçün XƏBƏRDARLIQ - Sentyabrın 14-ü axşam 18-dən...
Sentyabrın 14-dən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.
BAKU.WS-in məlumatına görə, sentyabrın 14-də saat 18:00-dan etibarən Bakıda mülayim geomaqnit qasırğası başlayacaq.
Sentyabrın 15-i saat 15:00-dan sonra isə geomaqnit aktivliyi tədricən azalacaq.
Növbəti gündən isə maqnit qasırğası daha da zəifləyəcək.
Qeyd edək ki, maqnit qasırğaları xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda narahatlıq yarada bilər. Həkimlər belə günlərdə sağlamlığa diqqət yetirilməsini tövsiyə edirlər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Oxşar xəbərlər
Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?
Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nin sakinləri yol problemindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiy...