Bakı sakinləri üçün ölüm təhlükəsi - Məktəbə gedən hər kəs...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu ərazisində insanların həyatı təhlükədədir.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Paytaxt sakini Elçin Manafov bildirib ki, Cəfər Cabbadlı küçəsində, düz piyada keçidinin yanında daş hasar qəzalı vəziyyətdədir. Hasar aradan parçalanıb və hər an uça bilər.
"Ən dəhşətlisi budur ki, həmin ərazi düz 60 saylı orta məktəbin yanındadır. Hər gün oradan yüzlərlə şagird, müəllim və valideyn keçir. Hər an hasar aşa və kimsə daşların altında qala bilər", - deyə şikayətçi bildirib.
Qeyd edək ki, problemlə bağlı dəfələrlə lazımı yerlərə məlumat verilsə də, vətəndaşların dərdinə çarə tapan olmayıb.
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...