Bakı polisi bu dəfə onları yoxladı - VİDEO

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, Bakı polisinin budəfəki reydi Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində keçirildi.
Reyd zamanı SMS icazə götürmədən avtomobil idarə edənlər də tapıldı, maskasız gəzənlər də. Lakin ümumilikdə vətəndaşlar qaydalara əməl edirdilər.
Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, 5 nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakı polisi karantin rejiminin qaydalarını pozan şəxsləri cərimələdi - VİDEO
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai...
