Supermarketlər və apteklərdə maska taxmayanlara qarşı reydlər keçirildi - FOTO

Supermarketlər və apteklərdə maska taxmayanlara qarşı reydlər keçirildi - FOTO
Foto
Hadisə 764

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, reydlər zamanı marketə maskasız daxil olan və buna göz yuman obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq məqsədi ilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib.

Supermarketlərdə maska və əlcəksiz işləyən kassirlər aşkar oluduğu təqdirdə isə həmin obyekt sahibi ciddi cəzalandırılıb.

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyərək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.

Reydlər zamanı polislər tərəfindən market və aptek sahiblərinə, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

"Bir daha qeyd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar", - DİN-in məlumatında bildirilib.

Son xəbərlər