Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır - CƏDVƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, bu, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.
Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 8 və 9 avqust tarixlərində hərəkətdə olmayacaq.
Xatırladaq ki, avqustun 10-dan noyabrın 10-dək Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti avqustun 10-dan 3 ay müddətinə dayandırılır.
Qalereya
Oxşar xəbərlər
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq - RƏSMİ
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən...