Bakı-Naxçıvan təyyarəsi tufana görə hava limanına qayıdıb
13
iyn
2023
17:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək.
Oxşar xəbərlər
“Buta Airways”in Tbilisiyə uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıdıb
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı...