AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıtdı

AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıtdı
Sosial 85

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

BAKU.WS "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı istinadən xəbər verir ki, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər