Bakı metrosunda YENİLİK: Platformalarda təhlükəsizlik səddi quraşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metropoliteni Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda sərnişin platformasında təhlükəsizlik səddinin quraşdırılmasını nəzərdə tutur.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni nəsil qatarlar təhlükəsizlik səddi üçün müvafiq infrastruktura malikdir.
"Hazırda istismarda olan köhnə qatarlarda belə bir funksiya yoxdur. Həmçinin Yaşıl və Qırmızı xətt üzrə olan stansiyalarda da bu məsələ əvvəldən planlaşdırılmayıb. Hazırda tikintisi davam etdirilən və 3 stansiyası istifadə olunan Bənövşəyi xətdə təhlükəsizlik səddinin quraşdırılması inşaat baxımından nəzərə alınıb.
Bununla yanaşı, Qırmızı xətt üzrə olan "28 may" stansiyası köhnə tikili olmasına baxmayaraq bu stansiyada təhlükəsizlik səddinin quraşdırılmasını mümkünlüyü ilə bağlı araşdırma aparılıb.
Məlum olub ki, bu stansiyada təhlükəsizlik səddinin tikilməsi üçün əlavə bünövrə bərkidilməsi aparılmalıdır. Yəni həmin stansiyada da təhlükəsizlik səddi quraşdırmaq mümkündür", - deyə B.Məmmədov bildirib.
O qeyd edib ki, hazırda bu istiqamətdə araşdırma işləri davam etdirilir:
"Ehtiyac yaranarsa, gələcəkdə stansiyaların platformalarında təhlükəsizlik səddi quraşdırıla bilər. Bunun üçün uzun müddət vaxt və böyük vəsait lazımdır".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...