Bakı metrosunda YENİLİK - 700 minlik yeni avadanlıqlar alınacaq

Bakı metrosunda YENİLİK - 700 minlik yeni avadanlıqlar alınacaq
Sosial 172

"Bakı Metropoliteni" QSC nəqliyyat infrastrukturunda texnoloji modernləşməni davam etdirir.

BAKU.WS xəbər verir ki, Müasir tələblərə cavab verən işarəvermə və rabitə sistemlərinin istismarında istifadə olunan avadanlıqların yenilənməsi məqsədilə ehtiyat hissələrinin və aksesuarların təmin olunması istiqamətində yeni mərhələyə start verilib.

Bu çərçivədə metropoliten sistemində istifadə ediləcək əsas avadanlıqlar sırasında səsyayım sistemləri, LED rəqəmsal saatlar, dispetçer sərəncamedici telefon stansiyaları, qida mənbələri, abonent blokları və müxtəlif texniki cihazlar yer alır. Ümumilikdə modernləşmə planına uyğun olaraq 713 min manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, yenilənəcək bu sistemlər sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin olunmasında, o cümlədən işçi heyətin operativ rabitəsinin qurulmasında mühüm rol oynayacaq. Texniki baza gücləndirildikcə Bakı metropolitenində nəqliyyat axını daha effektiv şəkildə idarə edilə biləcək.

Son xəbərlər