Bakı metrosunda sərnişin sıxlığının əsl səbəbi bilindi: Əsas problem burdadır - VİDEO
"Xətlər ayrılandan sonra bunun layihəsi də var, problem tam aradan qaldırılacaq. Bundan sonra metropolitendə intervalı 1,5-2 dəqiqəyə salmaq mümkün olacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda qatarların sayını artırmaqla intervalı aşağı salmaq mümkün deyil:
"Metropolitenin hazırda 305 vaqonu var. Onların 5-i diaqnostika kompleksini müşayiət edir. Qalan vaqonların hər biri xəttimizdə daim olaraq hərəkət edir. Qatarların sayını nə qədər istəsəz artıra bilərsiniz. Lakin intervalı Həzi Aslanov-28 may istiqamətində 2 dəqiqədən aşağı salmaq texniki səbəblərdən mümkün deyil.
Dünyada yeganə metropolitenik ki, iki xəttimiz (yaşıl-qırmızı) 28 may stansiyasında nəinki kəsişir, hətta birləşir. İki xətt birləşir və Həzi Aslanova qədər bir xətt üzrə hərəkət edir. Əsas problem burdadır. Xətlər ayrılandan sonra bunun layihəsi də var, problem tam aradan qaldırılacaq. Bundan sonra metropolitendə intervalı 1,5-2 dəqiqəyə salmaq mümkün olacaq".
Oxşar xəbərlər
Bakı metrosunda bu istiqamətdə qatarların hərəkəti dayandırıldı - YENİLƏNİB
Noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təm...