Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək?
Bu gündən etibarən Bakı metrpoliteninin "Həzi Aslanov" stansiyası təmir ediləcək. Təmir-bərpa işlərinin 2 il müddətinədək davam edəcəyi gözlənilir. Buna baxmayaraq metro ərazisində qatarların hərəkət qrafikini göstərən lövhələrdə " Həzi Aslanov" yazısı qalmaqdadır.
BAKU.WS xəbər verir ki, bununla bağlı Modern.az-a açıqlama verən Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, lövhələrdə sabahdan etibarən bütün stansiyalarda "Həzi Aslanov" yerinə "Əhmədli" yazısı öz əksini tapacaq.
B.Məmmədov həmçinin bildirib ki, insanlar arasında yayılan "Həzi Aslanov" metrosunun bağlanması xəbəri doğru deyil:
"Qatarların hər biri "Əhmədli" stansiyasına qədər hərəkət edəcək. Lakin "Həzi Aslanov" stansiyası fəaliyyətdə olacaq. Qatarlar "Cəfər Cabbarlı" - "Xətai" stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni qatarlar "Həzi Aslanov" - "Əhmədli" arasında dövrə vuracaq" - deyə o bildirib.
Oxşar xəbərlər
Sabirabadda uçan körpü yenidən tikiləcək
Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, tə...