Bakı metrosuna YENİ qatarlar alınacaq
"Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:
"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Oxşar xəbərlər
Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu tarixdən hava KƏSKİN PİSLƏŞİR
Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...