Bakı metrosuna 300-ə yaxın vaqon alınacaq
"Bakı Metropoliteni 2030-cu ilədək "bənövşəyi" xətt üzrə 300-ə yaxın yeni vaqon almağı planlaşdırır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib:
"Hazırda Bakı metropolitenində 71 qatar tərkibi mövcuddur. "Bənövşəyi" xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 300-ə yaxın vaqonun alınması nəzərdə tutulub".
Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız "bənövşəyi" xətlə məhdudlaşmayacaq:
"Qırmızı" və "yaşıl" xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur".
Yusubov bildirib ki, "qırmızı" xətdə "İçərişəhər" stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. "Yaşıl" xətdə isə gələcək "Y-14" və "Y-15" stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.
Oxşar xəbərlər
Günəş tutulmasından ən çox bu 4 bürc təsirlənəcək
Avqustun 12-də Şir bürcündə Günəş tutulması baş verib. Astroloji şərhlərə görə, tutulma xüsusilə Şir, Dolça, Buğa və Əqrəb bürclərinə təsir göstərə bilər. BAKU....