Bakı metrosu üçün yeni qatarlar istehsal olunur - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Metropoliteninin parkında olan qatarların sayı uzun müddətdir ictimaiyyət arasında müzakirə mövzusudur.
Sərnişin sıxlığı, xətlərin genişləndirilməsi planları və yeni stansiyaların açılması ilə bağlı tələbat fonunda mövcud qatarların sayı tez-tez gündəmə gətirilir.
Maraqlıdır ki, son illərdə alınan yeni qatarların sayı nə qədərdir və daha neçə qatar gətirilməsi planlaşdırılır?
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı Metropoliteni qatar parkının müasirləşdirilməsi istiqamətində işlərini davam etdirir:
"Hazırda vaqon parkında 30 yeni nəsil qatar tərkibi istismar olunur. 2025-ci ildə alınması nəzərdə tutulmuş 4 qatar tərkibi artıq "Xocəsən" elektrik deposunda komplektləşdirmə və sazlama işlərinə cəlb edilib. Lakin istehsalçı ilə əldə olunmuş razılığa əsasən, Bakı metropoliteni üçün hər biri 5 vaqondan ibarət 2 qatar tərkibi də istehsal olunur. Həmin qatar tərkibləri də ilin sonuna qədər Bakıya gətirilərək, müvafiq komplektləşdirmə işlərinə cəlb ediləcək. Bununla da Bakı metropoliteninin xətlərində yeni qatarların sayı 36-ya çatdırılacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...