Bakı metrosu qatarların hərəkət qrafikini dəyişir
“Yay mövsümünün başa çatması, yeni tədris ilinin başlanması ilə əlaqədar dünən verilən qərardan sonra “Bakı Metropoliteni”ndə artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq”.
BAKU.WS xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədovun sözlərinə görə, yeni tədris ilinin başlanacağı ilə bağlı qərardan sonra “Bakı Metropoliteni”ndə hazırlıq işlərinə başlanılıb:
“Bildiyiniz kimi, metropoliten pandemiya vaxtında ən optimal qrafiklə işləyib. Pandemiya bitməsə də, yeni tədris ilinə start verilməsi ilə yeni situasiya yaranıb. Məqsədimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. İnanırıq ki, bu istiqamətdə problem olmayacaq”.
Qurum rəsmisi deyib ki, yeni qrafik 2023-cü ilin yayına qədər tətbiq ediləcək.
Qeyd edək ki, yay qrafikinə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov” - “28 May” sahəsində qatarlar arasında interval gur saatlarda iki dəqiqəyə endirilir. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May” - “Dərnəgül” və “28 May” – “İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox olur. Bu müddətdə yalnız “Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval “Həzi Aslanov” – “Ulduz” sahəsində fərqli ola bilər.
Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...