Bakı metrosu fəaliyyətini bərpa edir – Tarix açıqlandı

04
sen
2020
11:19
Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.
Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...