Bakı metropolitenindən YENİ AÇIQLAMA - Fəaliyyətini bərpa etməyə hazırdır

Bakı metropolitenindən YENİ AÇIQLAMA - Fəaliyyətini bərpa etməyə hazırdır
Sosial 446

Bakı metropoliteni sərnişin qəbulunu dayandırmasına baxmayaraq, fəaliyyətini bərpa etməyə hazırdır.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərnişindaşımadan asılı olmayaraq, metroda bütün infrastruktur işlək və saz vəziyyətdə qorunub saxlanılır: "Bakı metropoliteninin pandemiya dövründə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi birbaşa olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Buna baxmayaraq, metronun infrastrukturu sərnişindaşıma fəaliyyətindən asılı olmayaraq texnoloji proseslərə söykənən amildir.

Bu müvafiq normativ sənədlərə, o cümlədən texniki istismar qaydalarına uyğun həyata keçirilir. Pandemiya dövrünün şərtlərindən asılı olmayaraq, metropoliten fəaliyyətə başladığı müddətdən bu günə qədər bu proseslər normativ sənədlərə uyğun tənzimlənir. Hazırda da bu proses davam etdirilir".

B.Məmmədov deyib ki, metronun sərnişin qəbuluna icazə veriləcəyi təqdirdə bütün stansiyalar fəaliyyətə başlamağa hazır vəziyyətdədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Metro nə vaxt fəaliyyətini bərpa edəcək? - METROPOLİTEN CAVAB VERİR

Metro nə vaxt fəaliyyətini bərpa edəcək? - METROPOLİTEN CAVAB VERİR

Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftə...

4224 Sosial 11:19 27 yanvar 2021

Son xəbərlər