"Bakı KOB evi"ndə sahibkarlara daha çox xidmət göstərilən 5 dövlət qurumunun adı açıqlanıb

Bu ilin yanvar-iyun aylarında "Bakı KOB evi"ndə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124 192), Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13 144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2 428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, ümumilikdə hesabat dövründə bu beş qurum tərəfindən sahibkarlara 144 minə yaxın xidmət təqdim edilib.
Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciətlər olunub.
Qeyd edək ki, 2025-ci ilin I yarısında "Bakı KOB evi"ndə sahibkarlıq subyektlərinə 168 472 xidmət göstərilib ki, onlardan 145 501-i G2B, 22 971-i isə B2B xidmətlərdir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir. KOB evləri KOBİA-nın strukturuna daxildir.

Oxşar xəbərlər
Jurnalistlər "SOCAR Karbamid" zavodunun istehsalat prosesi ilə tanış olub
Bu gün SOCAR-ın təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə "SOCAR Karbamid" zavoduna media-tur təşkil olunub. BAKU.WS xəbər veri...