Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmaz sakinlərinin NƏZƏRİNƏ...

Ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssas əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərin sosial müdafiəsi tədbirləri dəfələrlə gücləndirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən BAKU.WS-ə bildirilib.
Qeyd edilir ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir.
"Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 223 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 113-ü kişi, 110-u qadınlardır.
Həmin məüəssisədə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.
Müəssisədə yaşayanların cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya "DOST" mərkəzləri tərəfindən qəbul edilir.
Eyni zamanda Agentliyin sosial sifarişləri çərçivəsində respublikanın 5 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb. Bu mərkəzlər artıq Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmaz üzrə ahıllarımıza müvafiq xidmətləri göstərməyə başlayıb. Layihə çərçivəsində 150 ahıla sosial xidmət göstərilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Dörd yolun qovşağında XAOS: Sürücülər harada dayanacağını bilmirlər
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə Bakıda yerləşən 20 nömrəli məktəbin qarşısı - Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid...